Çexiya Aİ-də bəzi qərarların yekdilliklə deyil, səs çoxluğu verilməsini istəyir

DÜNYA
23:00 / 25.12.2023
402

Çexiyanın xarici işlər naziri Yan Lipavski hesab edir ki, Avropa İttifaqında (Aİ) bir sıra məsələlərlə bağlı qərarlar indiki kimi yekdilliklə deyil, üzv ölkələrin səs çoxluğu ilə qəbul edilməlidir. 

HİT.az xəbər verir ki, o, bu barədə CTK-ya müsahibəsində bildirib.

Eyni zamanda nazir qeyd edib ki, Çexiya siyasi birləşmə çərçivəsində mövcud qərar qəbuletmə mexanizminin tam dəyişdirilməsinin əleyhinədir.

“Bu o demək deyil ki, bəzi konkret məsələlərdə biz ixtisaslı səs çoxluğu ilə qərar qəbulu prosesini təmin edə bilmərik”, deyə Lipavski hesab edir.

Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri oxşar mexanizmin Avropa İttifaqının xarici nümayəndəlikləri çərçivəsində də işləyə biləcəyini təklif edib.

O, həmçinin Ukrayna və Moldovanın Aİ-yə qəbulunun vaxtını proqnozlaşdırmaqdan imtina edib, lakin Kiyevə dəstəyin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Dekabrın 18-də Avropa İttifaqı Macarıstanı Ukraynanı dəstəkləməkdən imtina etdiyinə görə səsvermə hüququndan məhrum edilməklə hədələyib. Bir sıra avropalı siyasətçilər bu ehtimalı nəzərdən keçirirlər və iddia edirlər ki, Aİ müqaviləsinin 7-ci maddəsində bunu nəzərdə tutur, hansı ki, ölkə Avropa qanunvericiliyinin pozulması ilə əlaqədar səsvermə hüququndan məhrum edilir.

Samir

0