Taksilərdə süni qiymət artımı: Qarşısı necə alınmalıdır? - RƏY 

İQTİSADİYYAT
11:54 / 26.12.2023
565

"Taksilərdə qiymət artımının süni şəkildə artırılması bəyənilməyən və yolverilməz haldır".

Bu sözləri HİT.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

O bildirib ki, süni qiymət artımı heç bir cəmiyyətdə yaxşı qarşılanmır:

340686

"İnsanlar bununla bağlı narahatlıqlarını dilə gətirirlər. Hesab edirəm ki, süni qiymət artımının qarşısını almaq üçün birinci növbədə sağlam rəqabət olmalıdır. Sağlam rəqabət olarsa, qiymətlərin tənzimlənməsi birbaşa olaraq bazar iqtisadiyyatı və dövriyyəsi ilə əlaqəli olacaq".

Ekspert qeyd edib ki, taksilərdə gediş haqqının artmasına bir neçə səbəb təsir edir:

"Yanacağın qiymətinin artması, nəqliyyat vasitələrinin azlığı və onların sərnişinlərin tələbinə cavab verə bilməməsi qiymət artımına gətirib çıxara bilir. Eyni zamanda, bəzən heç bir səbəb olmadan da süni qiymət artımı halları yaşanır. Yəni bu amillər həmişə taksilərdə gediş haqqının artmasına gətirib çıxarır".

Aslan Əsədovun sözlərinə görə, inzibati resurslarla süni qiymət artımının qarşısını almaq mümkün ola bilər:

"Məsələn, vətəndaşların şikayətləri əsasında müəyyən şəxslər cinayət məsuliyyətinə cəlb oluna, habelə onlara inzibati cərimə tətbiq edilə bilər".

Pərviz

0