Qərb Ukrayna və Yaxın Şərqə görə Sudandakı vətəndaş müharibəsini unudub

DÜNYA
14:35 / 26.12.2023
337

Qərbin Sudandakı münaqişəyə diqqəti Ukrayna və Qəzza zolağındakı gərgin vəziyyətə görə zəifləyib. 

HİT.az xəbər verir ki, bu barədə "Guardian" qəzeti məlumat yayıb.

“Həm diaspor, həm də beynəlxalq humanitar təşkilatlar Sudanın problemlərinin Qəzza və Ukraynadakı böhranlarla rəqabət apardığını başa düşürlər”, məqalədə aydınlıq gətirilib.

Britaniyanın “Şabaka” tədqiqat təşkilatının rəhbəri Bəşair Əhmədin sözlərinə görə, Şərqi Afrika dövlətinin sakinləri beynəlxalq ictimaiyyətin niyə onları unudduğunu və yalnız Ukrayna və ya digər vəziyyətlərə diqqət yetirdiyini soruşur.

Nəşrin siyasi analitikləri qeyd ediblər ki, Sudanda böhranın kəskinləşməsindən keçən 8 ay ərzində prezident Co Bayden Afrika ölkəsindəki böhrana Amerikanın reaksiyasını formalaşdıra və boşluğu doldura biləcək xüsusi nümayəndə göndərməyib. 

Samir

0