Dmitri Kuleba: "Aİ Ukraynaya 50 milyard avro ayıracaq"

DÜNYA
15:11 / 26.12.2023
345

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqının (Aİ) istənilən halda Kiyevə 50 milyard avro ayıracağına ümid etdiyini bildirib və qeyd edib ki, maliyyənin transferi ilə bağlı qərar Macarıstanın vetosuna görə təxirə salınmayıb. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, Aİ-nin Ukraynaya 50 milyard avro ayırmaq qərarı 2024-cü ilin əvvəlinə təxirə salınıb. Bu, Macarıstanın vetosuna görə deyil, assosiasiyanın digər ölkələri Budapeştə “nəhayət, üzvlüklə bağlı razılığa gəlmək üçün” vaxt verməsidir. 

“Mən əminəm ki, Ukraynaya bu 50 milyard avronun verilməsi barədə qərar veriləcək. Yalnız bir sual var: ya əlavə danışıqlar aparmaq üçün bir ay vaxt verilmiş Macarıstan da daxil olmaqla, Aİ-nin bütün 27 dövləti bunu birlikdə edəcək, ya da bu pulu Macarıstansız Aİ-nin 26 ölkəsi ayıracaq. Burada yeganə sual Aİ-nin daxili birliyi, onun qorunub saxlanıla bilməyəcəyidir", deyə Kuleba bildirib.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, yanvar ayında 50 milyard avroluq 4 illik proqram üzrə razılığa gəlmək mümkün olmasa, Avropa İttifaqı Ukraynaya kömək etmək üçün alternativ variantlar təklif etməlidir.

Dekabrın 15-də Viktor Orban Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramı ilə bağlı qərara veto qoyub. Həmin gün Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel 2024-cü il yanvarın sonu və ya fevralın əvvəlində Kiyevə 2027-ci ilə qədər yardım paketi barədə razılığa gəlmək üçün Aİ-nin fövqəladə sammit keçirəcəyini bildirib. 

Samir

0