"Rusiya Ukrayna ilə münaqişədə getdikcə daha böyük üstünlüklər əldə etməyə çalışacaq".
HİT.az xəbər verir ki, bunu Polşanın “Do Rzeczy” nəşri politoloq Yaçek Bartosyaka istinadən yazır.
Onun sözlərinə görə, Ukraynanın Qərb ölkələrindən lazımi miqdarda silah-sursat almadığına dair getdikcə daha çox əyani sübutlar ortaya çıxır, çünki Kiyevin müttəfiqlərində sadəcə olaraq silah yoxdur.
"Eyni zamanda, Moskva öz məqsədinə çata və Ukraynanı Qara dənizdən keçən ticarət yollarından kəsə bilər", deyə Bartosiak bildirib.
O, qeyd edib ki, əgər Rusiya ordusu öz hücumunu inkişaf etdirməyə davam edərsə, o zaman Ukrayna Silahlı Qüvvələrinin sıralarında iğtişaşlar baş verə bilər. Bu da hərbi komandanlığın istefası ilə nəticələnəcək.
“İnanıram ki, biz Ukrayna dövlətinin dağılmasının bir addımlığındayıq", deyə ekspert vurğulayıb.
Bartosyak onu da xatırladıb ki, Rusiyada iqtisadi artım müşahidə olunur, Ukrayna isə normal fəaliyyət göstərə bilmir.
Samir