Küçədə yaşayaraq özünü cəzalandıran ağsaqqal danışdı - VİDEO

ÖLKƏ
09:45 / 27.12.2023
564

Baku TV-də yayımlanan "Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

 
Verilişin budəfəki buraxılışında küçədə yaşayan 64 yaşlı Əli adlı kişi öz həyat hekayəsini danışıb.
 
Onun sözlərinə görə, evi satıldığından yaşamağa yeri yoxdur:
 
"Bir oğlum var idi, o da avtomobil qəzasında dünyasını dəyişib. Evi oğlum satmışdı. Sonra da qəzaya düşdü, ev ala bilmədik. Əlimdəki pulla kirayədə qalırdım. Üç-dörd aydır bu vəziyyətdə yaşayıram”.
Küçədə yaşayan şəxs "yaxşı adam deyiləm, həyatdan küsmüşəm. Xahiş edirəm, məni narahat etməyin” deyərək sığınacağa yerləşdirilmək təklifindən imtina edib.
 

0