Britaniyalı tarixçi: "Baydenin Ukrayna siyasəti iflasa uğrayıb"

DÜNYA
19:38 / 27.12.2023
327

"Rusiya Federasiyası Ukraynada qalib gələ bilər. ABŞ prezidenti Co Baydenin xarici siyasəti uğursuz olub". 

HİT.az xəbər verir ki, bunu İspaniyanın “El Pais” nəşrinə müsahibəsində britaniyalı tarixçi, yazıçı, Harvard Universitetinin tarix professoru Nil Ferqyuson deyib.

“İndi Kiyevə dəstək azalır, Donald Trampın potensial qələbəsinə bir il qalmış Ukraynanın döyüş sursatı tükənir və daha çox resurs və xammala malik Rusiya müharibədə qalib gələ bilər. Bayden administrasiyasının xarici siyasəti iflasa uğradı, ona görə də Trampın şansı yaxşı görünür”, deyə ekspert bildirib.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Corc Buşun milli təhlükəsizlik üzrə keçmiş xüsusi müşaviri Maykl Allen bəyan etmişdi ki, Kiyev Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğu səbəbindən Vaşinqtondan əlavə maliyyə almayıb. "Amerika qalibləri dəstəkləməyi sevir" deyən Allen bildirib ki, Ukraynanın əks-hücumları yaxşılaşdıqdan sonra bu, daha çox dəstəyə yol açacaq. 

Samir

0