"Fransa çoxdan Fransa olmaqdan çıxıb".
HİT.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və Media ilə Qarşılıqlı Əlaqələr Komissiyasının sədri Aleksey Puşkov deyib.
Onun sözlərinə görə, ölkə Şimali Afrika və Sahel zonasının bir hissəsinə çevrilib:
"Fransa bu gün Şimali Afrikanın və Sahel zonasının bir hissəsidir. Orada ağdərili yeniyetmələr və qadınlar döyülür, Yelisey çölləri yağlı hamburger qabları və kola stəkanları ilə doludur, Yaxın və Orta Şərqdən gələn saysız-hesabsız insanlar yerli əhaliyə nifrət edir və onların hesabına yaşayırlar", deyə parlamentari yazıb.
O vurğulayıb ki, ölkənin hakim elitası hadisələrin gedişatına nəzarəti itirib və yerli sakinlər ölkənin miqrantların nəzarəti altına keçməsini itaətkarlıqla gözləyirlər.
"Köhnə Fransa Bask ölkəsində və Periqordda, Strasburqda və Rona vadisində hələ də yaşayır, amma Parisdə, Marseldə və Nitsada deyil. O, artıq orada deyil", deyə Puşkov bildirib.
O, həmçinin tezliklə Əlcəzair və ya Timbuktudan olan miqrant obrazı ilə əvəzlənəcəyini söylədiyi Fransa Respublikasının simvolu Marianna ilə vidalaşmağa çağırıb.
Samir