Avstriya Rusiyadan qaz asılılığını artırmaqda ittiham olunur

DÜNYA
23:15 / 28.12.2023
408

Avstriya gözlənilənlərin əksinə olaraq Rusiya qazından asılılığını artırır.

Hit.az xənər verir ki, bu barədə Avstriyanın "eXXpress" nəşri məlumat yayıb.

Məqalədə deyilir ki, oktyabr ayında ölkə idxal olunan yanacağın ümumi həcminin təxminən 90%-ni Rusiyadan alıb.

Həmçinin bildirilir ki, Vyana Moskvadan asılılığı azaltmaq üçün şərait yarada bilməyib, halbuki istehlakçılar üçün məişət qazının qiyməti çox yüksək olaraq qalır.

Nəşrin yazdığına görə, buna səbəb Avstriyanın 2022-ci ilin yayında yanacaq ehtiyatı yaratmaq qərarıdır. Məqalə müəllifləri izah edirlər ki, ölkə qazı spekulyativ tələskənliyin səngiməsini gözləmədən qiymətinin pik həddində alıb.

2023-cü ilin üçüncü rübündə Avstriyanın OMV şirkəti “Qazprom”dan bir il əvvəlkindən iki dəfə çox qaz alıb.

Oktyabr ayında bildirilmişdi ki, OMV neft-qaz konserni “Qazprom”dan artıq həcmdə təbii qaz almağa davam etsə də, tədarükün diversifikasiyası üçün tədbirlər axtarır.

Samir

0