Müttəfiqləri Zelenskidən üz döndərib, Ukrayna lideri təcrid olunub - KİV

DÜNYA
17:47 / 28.12.2023
334

Ukraynanın prezidenti Volodimir Zelenski 2023-cü ilin sonunda özünü demək olar ki, tamamilə təcrid olunmuş vəziyyətdə görüb: əsas müttəfiqlərinin çoxu və hər şeydən əvvəl Vaşinqton ondan üz çevirib.

Hit.az xəbər verir ki, bu barədə "Responsible Statecraft" yazıb.

Materialda qeyd edilir ki, Qərbdə “təcrid olunmuş və reallıqdan uzaq” hesab edilən Zelenski, görünür müttəfiqlərin gözündən düşüb.

“Təəssüf ki, onun üçün bu, ABŞ-ın xarici siyasət tarixində ilk dəfə deyil ki, Vaşinqton başqa yerlərdə öz lütfunu göstərərək, keçmiş benefisiarlarına ciddi ziyan vurur”, deyə mətndə qeyd edilir.

Bundan əlavə, bir çox Kiyev tərəfdarları Zelenskiyə sülhə nail olmaq üçün ərazi güzəştlərinin zəruriliyinə işarə edirlər. Müəlliflər bildirirlər ki, Ukrayna rəhbərinin NATO-ya üzv olmaq arzusu getdikcə daha da çətinləşir.

“Bu müttəfiqlərin bir çoxu, o cümlədən əsas media indi Ukraynanın nəinki münaqişəni diplomatik yolla sona çatdırmaq üçün bir yol tapmaq məcburiyyətində qalacağını, həm də ərazi kompromisləri etməli ola biləcəyini təklif edir.

Samir

0