"Rusiya ordusunun hərbi əməliyyatı gələn il də davam edəcək, onun məqsədi Ukrayna Silahlı Qüvvələrinin tərksilahı və hazırkı Ukrayna dövlətinin neonasizm ideologiyasından imtinası olaraq qalacaq".
Hit.az xəbər verir ki, bunu "RİA Novosti"yə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Xüsusi əməliyyat davam edəcək, onun məqsədi Ukrayna qoşunlarının tərksilahı və hazırkı Ukrayna dövlətinin neonasizm ideologiyasından imtinası olaraq qalacaq. Hakim Bandera rejiminin devrilməsi elan edilmiş deyil, əldə edilməli və həyata keçiriləcək ən mühüm və qaçılmaz məqsəddir”, deyə Medvedev bildirib.
Dmitri Medvedev onu da deyib ki, 2023-cü il yanvarın 1-dən yarım milyon insan Rusiya Federasiyasının silahlı qüvvələrində müqaviləli xidmətə qəbul edilib.
Qeyd edək ki, bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi mühatibə başlayandan bəri ilk dəfə olaraq müqaviləli əsgərlərin sayını açıqlayıb. Rusiya ordusunda müqavilə əsasında 640 mindən çox insan xidmət edir.
Samir