Sülhlə bağlı açıqlamalar verən Alen Simonyan nə qədər səmimidir?

SİYASƏT
15:47 / 28.12.2023
683

Ermənistan parlamentinin spikeri Alen Simonyan növbəti dəfə Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsi barədə danışıb.

Onun sözlərinə görə, sülh heç vaxt bu qədər yaxın olmayıb. Lakin görünən odur ki, Ermənistan hakimiyyəti sülh müqaviləsinin imzalanması ilə bağlı açıqlamalar versə də, əməldə fərqli addımlar atır. Bunun ən böyük nümunəsi isə Samvel Şahramanyanın qondarma rejimin ləğvi ilə bağlı "fərmanı"nı geri çəkməsi oldu. 

Ümumiyyətlə, Alen Simonyan sülh müqaviləsi ilə bağlı açıqlamalarında nə qədər səmimidir?

340829

Politoloq Rizvan Hüseynov HİT.az-a açıqlamasında bildirib ki, Alen Simonyanın özü elə sülh üçün ən ciddi təhdidlərdən biridir:

"O, dəfələrlə təxribatlara əl atıb. Ümumiyyətlə, Alen Simonyan Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətində bir qrup siyasətçilərin və dairələrin maraqlarına xidmət edir. Samvel Şahramanyanın isə Paşinyana qarşı istifadə olunan bir "maşa", qüvvə olduğunu düşünürəm. Nəzərə almaq lazımdır ki, Şahramanyan daşnaklara, daşnaklar isə Rusiyaya bağlıdır. Yəni Rusiya faktiki olaraq sülh müqaviləsinin imzalanmaması və vəziyyətin daha da ağırlaşması üçün əlindən gələni edir".

Pərviz

0