Dmitri Kuleba: "Avropa necə mübarizə aparacağını bilmir"

DÜNYA
22:27 / 28.12.2023
345

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib ki, Avropa necə mübarizə aparacağını bilmir. 

HİT.az xəbər verir ki, o, bu fikri “The Kyiv Independent”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, dünyanın bu hissəsində müharibənin son dərəcə qeyri-populyar olması ilə bağlıdır.

“Avropa necə mübarizə aparacağını bilmir. Silah istehsalı ən populyar biznes sahəsi deyil”, deyə Kuleba Avropa İttifaqının hərbi istehsalla bağlı çətinliklərini və Ukraynaya mərmi tədarükünün artırılmasını şərh edərkən bildirib.

Eyni zamanda, o qeyd edib ki, Avropa “həvəslə” vəziyyəti düzəltməyə çalışır və bunda Kiyev əsas rol oynayır.

Bundan əvvəl Aİ liderləri Kiyevə raket, mərmi və hava hücumundan müdafiə sistemlərinin tədarükünün sürətləndirilməsinin vacibliyini bəyan etmişdilər.

Qeyd olunur ki, Avropa İttifaqı Şurası Ukraynaya bir milyon artilleriya sursatının verilməsi təşəbbüsünün həyata keçirilməsinə sadiq qalır. Həmçinin, Avropa İttifaqı ölkələrinin liderləri Ukraynaya hərbi yardıma xərclənən Avropa Sülh Fondunun maliyyələşdirilməsinin genişləndirilməsi, habelə onun islahatı üzrə “işlərin intensivləşdirilməsi” zərurətini bəyan ediblər.

Samir

0