Yüz minlərlə azərbaycanlı Ermənistandan kütləvi şəkildə qovulub.
HİT.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, azərbaycanlılar dədə-baba torpaqlarına qayıdacaqlarına ümidlidirlər: "Amma Ermənistanın mövqeyi təəssüf və təəccüb doğurur. Ermənistan baş naziri Nikol Paşinyan azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını Ermənistanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Bu yanaşma sülh müqaviləsi sahəsində Ermənistanın mövqeyi ilə uyğunsuzluq təşkil edir".