Polşa prezidenti Anjey Duda Ukraynanın hava məkanını pozması səbəbindən ölkənin hərbi rəhbərliyi ilə təcili iclas çağırıb.
HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" dövlət başçısının ofisinə istinadən məlumat yayıb.
Ofisdən deyilib ki, görüş cümə günü, dekabrın 29-da Polşa Milli Təhlükəsizlik Bürosunda baş tutacaq. İclasda milli müdafiə naziri Vladislav Kosiniak-Kamış, Baş Qərargah rəisi Vieslav Kukula və Silahlı Qüvvələrin Əməliyyat Komandanı Maçey Klis iştirak edəcək.
Bundan əvvəl “Reuters” Polşa ordusunun operativ komandanlığına istinadən Ukrayna ilə sərhəddən naməlum obyektin Polşa hava məkanına daxil olduğunu bildirmişdi.
Polşa Silahlı Qüvvələrinin operativ komandanlığının məlumatına görə, obyekt dekabrın 29-da səhər saatlarında aşkar edilib. Sərhədi keçdiyi andan siqnal itənədək Polşanın hava hücumundan müdafiə sistemlərinin radarları tərəfindən müşahidə edilib.
Samir