Moldova prezidenti Maya Sandu Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirməyə çağırıb.
HİT.az xəbər verir ki, dövlət başçısı bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
Onun fikrincə, Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə kütləvi qarışıq zərbələr endirməsi fonunda insan həyatını qorumaq üçün Ukraynanın hava hücumundan müdafiəsinin imkanlarını təcili olaraq gücləndirmək lazımdır.
"Military Chronicle" "Telegram" kanalı xəbər verib ki, dekabrın 29-da Rusiya Silahlı Qüvvələri pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə Ukrayna ərazisinə kütləvi zərbə endirib. Məlumata görə, ən azı 50-60 qanadlı raket və ən azı 100 müxtəlif tipli pilotsuz təyyarə cəlb olunub.
Samir