Mərhum Sənaye və Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran müğənni Safura Əliyeva oğlu İskəndərə ad günü edib.
O, karantin səbəbilə ailə arasında keçən doğum günündən fotoları sosial şəbəkədə paylaşıb.
Safura həyat yoldaşının və özünün adından 6 yaşına keçən oğlu barədə İnstaqramda bunları yazıb:
“Ad günün mübarək, əziz oğlumuz, ilk oğlumuz. Sevgimiz, hər şeyimiz! Sənə can sağlığı və xoşbəxtlik arzu edirik”.
Qeyd edək ki, cütlüyün İskəndərdən başqa iki qızı da var. Onlar Türkiyədə yaşayır.
Axsam.az