Yeni illə bağlı maraqlı ənənələr - SİYAHI 

MARAQLI
16:44 / 30.12.2023
880

Yeni ilə daxil olmağımıza artıq bir gün qalır. 

Hər bir kəs problemlərinin, çətinliklərinin köhnə ildə qalmasını arzulayıraraq Yeni ilin daha uğurlu gəlməsini istəyir. Hər kəsin Yeni ildən müxtəlif arzuları olur. Eləcə də hər xalqın Yeni il adət-ənənələri də bir-birindən fərqli və maraqlıdır. Bayram ərəfəsində Yeni illə bağlı maraqlı ənənələri sizlər üçün topladıq. 

HİT.az müxtəlif ölkələrin ən maraqlı Yeni il ənənəsinin siyahısını təqdim edir:

1. Tarixdə ilk Yeni il şənliyinin bundan 4000 il əvvəl keçirildiyi deyilir. Bu da Roma imperatoru Yuli Sezarın adı ilə bağlıdır. Hətta o, 1 yanvarı bayram elan edən ilk şəxs kimi tarixə keçib. 
2. Yeni ili qarşıladığınız an ailənizin və sevdiklərinizin yanında olmağa çalışın. Çünki bəzi inanclara görə, yeni ilin ilk dəqiqələrində gördüyümüz insan qarşıdakı 12 ayda həyatımızda iz qoyacaq. 
3. Qədim farslarda bizim Novruz Bayramına bənzər bir adət olub. Belə ki, onlar, yeni ildə zənginlik və məhsuldarlığı simvolizə edən yumurtaları bir-birinə hədiyyə edirdilər.
4. Şotlandiya və Yunanıstanda isə maraqlı bir Yeni il ənənəsi mövcuddur. Deməli, sözügedən ölkələrdə yeni ildə evə atılan ilk addıma xüsusi əhəmiyyət verilir. Yeni ildə evə birinci girən şəxs ya şans, ya da bədbəxtlik gətirəcəyinə inanılır. Həmçinin, yeni ilin ilk dəqiqəsində evə sağ ayaqla girməyin də şans gətirdiyi düşünülür. 5. Amerikada Yeni illə bağlı maraqlı bir sorğu aparılıb. Məlum olub ki, insanların 45%-i Yeni ildə özləri üçün hədəflər müəyyən edirlər. Bunlar arasında ən populyar hədəflər arıqlamaq, daha planlı olmaq, daha az xərcləyib daha çox qənaət etmək, daha fit və sağlam olmaq, habelə siqareti tərgitməkdir. Lakin statistikaya görə, bu insanların təxminən 25%-i yanvarın ikinci həftəsində planlarından imtina edirlər.
6. Bəzi ölkələrdə isə yuvarlaq formalı yeməklərin rifah gətirdiyinə inanırlar. Məsələn, İtaliyada Yeni il ənənəsi olaraq pula bənzədiyi üçün mərcimək yeyilir. 
7. Elə bənzər ənənə ilə davam edək. Filippinlilər isə sözügedən bayramda yumru formalı meyvələri yeyir və məhsuldarlığın simvolu olduğu üçün süfrələrində nümayiş etdirirlər. 
8. Bir az fərqli faktı da diqqətə çatdıraq. Bəzi statistik məlumatlara əsasən, dünyada yeni ildə oğurlanan avtomobillərin sayı digər bayramlarla müqayisədə xeyli çoxdur. 
9. Geyim və onların rəngləri ilə bağlı da bir çox ənənələr mövcuddur. Məsələn, Braziliyada Yeni il ərəfəsində şər ruhları qovmaq üçün ağ paltar geyinirlər. Çində isə uğur üçün qırmızı geyimlər geyilir. 
10. İspanların ənənələri ilə siyahını yekunlaşdıraq. Onlar, Yeni ilin ilk günü saat əqrəbi gecə yarısını vuranda 12 üzüm yeyirlər. İspanlar bununla da ilin 12 ayını təhlükəsiz və xoşbəxt keçirəcəklərini inanırlar.

Pərviz

0