Qanunsuz satdığı dərmanları hoteldə saxlayırmış

HADİSƏ
21:56 / 01.01.2024
491

Azərbaycanda qeydiyyatdan keçirilməmiş dərman vasitələri satmaqda ittiham olunan Türkiyə vətəndaşı Ö.Emrah cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun məlumatına görə, T.Emrah ölkəyə qanunsuz dərmanlar idxal etməkdə və satışını həyata keçirməkdə ittiham edilib.

O, istintaqa məlum olmayan yolla Bakıya gətirdiyi dərmanları Nərimanov rayonu ərazisində yerləşən “Merida” hoteldə saxlayıb. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan şəxsin qaldığı hotelin otağında qanunsuz saxladığı dərmanlar aşkar edilib. 

T.Özcan barəsində Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2 və 200-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb. Saxlanıldıqdan iki gün sonra barəsində həbsə alternativ qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Nərimanov Rayon Məhkəməsi 35 yaşlı T.Özcana sınaq müddəti seçilməklə şərti cəza verilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi şərti cəzanı 800 manat cərimə cəzası ilə əvəz edib.

0