2023-cü ildə dünyada 21 milyarder ölüb

DÜNYA
22:57 / 01.01.2024
592

Keçən il "Forbes" siyahısında yer alan 21 milyarder dünyasını dəyişib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Bu milyarderlərdən 9-u ABŞ vətəndaşı olub, 3-ü Hindistanda, 2-sio Malayziyada dünyasını dəyişib. 21 ölümdən yalnız biri qadın olub - Çinli "WuXi App" əczaçılıq şirkətinin həmtəsisçisi Zao Ninq. O, 20 il xərçənglə mübarizə apardıqdan sonra 56 yaşında vəfat edib.

2023-cü ildə məşhur misirli milyarder, şahzadə Diananın sevgilisi Dodi Əl-Fayedin atası Məhəmməd Əl-Fayed də vəfat edib. Onun 94 yaşı var idi. O, Parisdəki Ritz otelinin sahibi idi və keçmişdə London univermağı "Harrods" və "Fulhem" klubunun sahibi olub.

2023-cü ildə vəfat edən milyarderlər arasında amerikalı musiqiçi və iş adamı Cimmi Baffett də var. İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni, "Intel"in həmtəsisçisi Qordon Mur, Hindistanın ən böyük boya şirkəti "Asian Paints Ltd"nin müstəqil direktoru Aşvan Dani də dünyasını dəyişib.

0