Azərbaycanın ən yaxşı boksçusu Yeni il axşamı bıçaqlandı - DETALLAR

HADİSƏ
13:49 / 02.01.2024
830

Gənclər arasında boks üzrə üçqat Azərbaycan çempionu, Avropa ikincisi Məhəmmədəli Aşurəliyev bıçaqlanıb.

Bakupost.az xəbər verir ki, hadisə dekabrın 31-də, Yeni il axşamı idmançının yaşadığı Abşeron rayonunun Ceyranbatan qəsəbəsində baş verib.

Məlumata görə, hadisəyə Nicat və Nemət adlı şəxslərin qəsəbənin mərkəzində qadın və uşaqların yanında söyüş söyməsi səbəb olub.

Hadisəyə müdaxilə edən Məhəmmədəli Aşurəliyevlə həmin şəxslər arasında mübahisə yaranıb. Daha sonra mübahisə davaya çevrilib və onlar idmançını bıçaqlayıblar.

Bədəninin müxtəlif nayihələrindən xəsarətlər alan Məhəmmədəli Aşurəliyev hazırda xəstəxanada müalicə alır.

Qeyd edək ki, 11-ci sinif şagirdi olan idmançı gənc bokusçular arasında üç dəfə Azərbaycan çempionu olub. Boks üzrə Avropa çempionatında erməni idmançını məğlub edən M.Aşurəliyev gümüş medal qazanıb. Bir sıra beynəlxalq yarışların qızıl mükafatçısıdır. M.Aşurəlyev 2023-cü ildə boks üzrə Azərbaycan çempionatda 57 kq çəkidə birincilik qazanmaqla yanaşı, "ən yaxşı boksçu" adına layiq görülüb.

0