Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappenin anası, eyni zamanda onun agenti olan Faiza Lamari “Real Madrid”in prezidenti Florentino Peresi oğluna təzyiq göstərməkdə ittiham edib.
HİT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb.
Fransalı futbolçunun anası iddia edib ki, K.Mbappenin “Real”a keçidini sürətləndirmək üçün F.Peres İspaniya mətbuatına bəzi məlumatlar sızdıraraq futbolçuya psixoloji təzyiq göstərir.
Hələlik “Kral klubu” bu iddiaları şərh etməyib.