Modeli döyməkdə təqsirləndirilən iş adamının məhkəməsinin vaxtı bilindi

HADİSƏ
15:51 / 03.01.2024
451

Model Razi Əliyevanı döyməklə gündəmə gələn iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmənin vaxtı bəlli olub. 

Qaynarinfo xəbər verir ki, yanvarın 10-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. 

İclas Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçiriləcək.

İş üzrə Razi Əliyeva, Gülnar İsayeva və Xadijat Əliyeva zərərçəkmiş qismində tanınıb.

Ziya Hüseynzadəni Razi Əliyevanın döyməsi ilə bağlı qalmaqal bu ilin mayına təsadüf edir. Hadisə ictimailəşəndən sonra faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb və Ziya Hüseynzadə barəsində həbs qətimkan tədbiri seçilib. 

Daha sonra iş adamına qarşı Cinayə Məcəlləsinin 133-cü (əzab vermə), 177.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrlə ittiham irəli sürülüb.

0