Faciə ilə xatırlanan Xocalının doğma övladları danışdı - VİDEO

ÖLKƏ
21:44 / 03.01.2024
401

Faciə ilə xatırlanan Xocalının doğma övladları yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər.

AzTV-yə danışan Əbdülovlar ailəsi bildirib ki, ailə başçıları Xocalı həsrəti ilə dünyadan köçüblər, qonşuları şəhid olublar. Xocalıya qayıdış ağrılı olsa da, o günü səbirsizliklə gözləyirlər.

Yeganə Əbdülova deyir ki, ilk köç müjdəsini Ali Baş Komandan İlham Əliyevdən alıb:

“Biz artıq Xocalıya qayıdış üçün imza atmışıq”.

Ailənin tək övladı Anar Əbdülovun Xocalıdan çıxanda 9 yaşı olub. Hazırda o, tarix müəllimi kimi Xocalı məktəbində dərs deyir. Bu mənada Xocalıya qayıdış onun üçün daha məsuliyyətlidir.

Ətraflı videonu təqdim edirik:

 

0