Aygün Kazımovadan daha bir rekord - VİDEO

MAQAZİN
22:59 / 04.01.2024
492

Xalq artisti Aygün Kazımovanın 2023-ün son həftəsində təqdim etdiyi “Bilmək olmaz” klipi az zaman çərçivəsində yüksək izlənmə sayı toplayıb.

Bizim.Media xəbər verir ki, ekran işi 1 həftə ərzində "YouTube" video platformasında 1 milyondan çox izlənib. 

Həmçinin bəstə sözügedən videohostinqin trendində ikinci sıraya yüksəlib. 

Bundan başqa, mahnıya "TikTok"da saysız-hesabsız videolar çəkilib.

Kazımova klipin kamera arxası görüntülərini sosial şəbəkə hesabında paylaşaraq "Sevginiz üçün sonsuz təşəkkürlər" sözlərini yazıb.

Qeyd edək ki, Aygün Kazımovanın yeni klipi Türkiyədə lentə alınıb. Ekran işinin rejissoru Selim Akardır. Klipdə Peris Hiltonun fotomodeli Marian Draqan çəkilib. Bəstənin müəllifi isə Miroya aiddir.

 

0