ABŞ Senatının Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin investisiya portfeli növbəti dəfə ən yüksək nəticələrdən birini göstərib.
Trend xəbər verir ki, bu barədə ABŞ KİV-i hökumətin bəyannamələrinə əsasən məlumat yayıb.
Məlumata görə, hal-hazırda da demokrat konqresmen olaraq qalan 83 yaşlı keçmiş spiker Nensi Pelosi son dövrlər ərzində səhm opsionlarının şübhəli istifadəsindən mühüm gəlir əldə edib. Belə ki, Pelosi 2023-cü ildə özünün səhmlər portfelindən 65 faiz gəlir əldə edib.
Opsionlar ayrı-ayrı səhmlərdən fərqli olaraq daha çox üstünlük təmin edir ki, bu da səhmlərə daha böyük təsir imkanı deməkdir.
Bundan başqa opsionlar investorun daxili informasiyaya çıxış imkanına malik olduğundan xəbər verir.
Xatırladaq ki, Nensi Pelosi Demokratlar Partiyasının ABŞ Konqresindəki fraksiyasının rəhbəri postunu 2022-ci ildə tərk edib.
Erməni diasporunun “böyük dostu” və separatçılığın tərəfdarı olan Nensi Pelosi ermənipərəst lobbinin fəal üzvü kimi ABŞ Konqresində daim Ermənistanın lehinə çıxış edib, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin təxminən 20 faizini işğal etməsi, 1 milyona yaxın dinc sakini oradan qovması faktı barədə fikir bildirməyib.