Azərbaycanlı model: "Artıq bədənim ağrılara tab gətirmir" - FOTO

MAQAZİN
19:00 / 05.01.2024
538

"Miss Azerbaijan-2019" model yarışmasının qalibi Səmra Hüseynovanın səhhəti pisləşib.  

Bu haqda Səmra Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  

Model bədənində dəhşətli ağrıların baş qaldırdığını və onu bu çətin vəziyyətdən heç bir həkimin çıxara bilmədiyini söyləyib:  

"Mən sağalmaq istəyirəm. Ağrılara artıq tab gətirə bilmirəm. Uzun müddətdir ki, mənim bu vəziyyətimə heç bir çarə tapılmır. 10 ildən çoxdur ki, bədənimdə şiddətli ağrılar var. İndi isə o ağrılar daha da kəskinləşib. Mütəmadi antidepressant dərmanları qəbul edirəm ki, ağrılarm azalsın. Bu yolla keyidilirəm, amma sağalmıram. Aldığım müalicələr heç bir effekt vermir".

0