Düyünün yenidən bahalaşacağı anonsu verildi - VİDEO

İQTİSADİYYAT
23:23 / 05.01.2024
429

Dünyada düyünün qiyməti son 15 ildə ən yüksək səviyyəyə qalxıb. Son iki həftə ərzində artım 7 faiz təşkil edib. Buna yüksək tələbat və təchizatla bağlı problemlər səbəb olub.

Maraqlıdır qiymət artımı yerli bazara necə təsir edib?

Bazarda düyünün ən ucuzunun qiyməti 2 manatdan başlayır, 8-10 manat arasında dəyişir. Əvvəlki illərlə müqayisədə  xaricdən gətirlən düyünün qiymətində də dəyişiklik var.

Qara düyünün yerli bazarda vaxtilə kiloqramının 50 manata satıldığını deyən satıcı bildirir ki, məhsul bazarda bol olduqca qiymətlərə müsbət təsir edir. Yəni qiymətlər stabilləşir.

 

0