Qeyri-sabit hava şəraiti bu gün axşamadək davam edəcək

ÖLKƏ
10:33 / 06.01.2024
381

Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti yanvarın 6-sı günün ikinci yarısınadək davam edəcək.

Bu barədə HİT.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 7-8-də hava şəraiti əsasən yağmursuz keçəcək.

Qeyd edək ki, yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.

0