Bu tarixdə doğulanlar milyarder olur - Ən uğurlu gün açıqlandı

DÜNYA
08:58 / 07.01.2024
667

Var-dövlət bəzən ailədən gələn miras olsa da, çox vaxt böyük zəhmət nəticəsində əldə edilir. Ancaq səylə yanaşı, bəzi xüsusiyyətlər də zənginliyə qapı aça bilər.

Musavat.com Daily Mail-ə istinadən xəbər verir ki, "Coupon Follow" saytının maliyyə mütəxəssisləri "Bloomberg"in "Top 500" milyarder siyahısındakı məlumatlara baxıblar. Milyarderləri ortaq cəhətləri tapmaq üçün mütəxəssislər hər bir insanın biznes və doğum tarixini araşdırıblar.

Yeni araşdırma dünyanın ən zəngin 500 milyarderinin 4 faizinin ortaq cəhətlərinin olduğunu ortaya çıxarıb.

Araşdırmalara görə, dünyanın ən zəngin 500 adamından 19-nun noyabrın 30-da doğulduğu məlum olub. 13 nəfər isə 1 yanvarda dünyaya göz açıb. Oktyabr ayında isə 45 milyarder doğulub.

0