İsrail Fələstin HƏMAS hərəkatını tamamilə məhv etmək planlarından imtina edir və qüvvələrini israilli girovları azad etməyə yönəldir.
HİT.az xəbər verir ki, Amerikanın CNN telekanalına müsahibə verən ekspertlər bu qənaətə gəliblər.
Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunun Yaxın Şərq və Şimali Afrika üzrə əməkdaşı Bilal Y. Saab İsrailin HƏMAS-ı tamamilə məhv etmək niyyətini əlçatmaz məqsəd adlandırıb: "IDF rəhbərliyi çox yaxşı başa düşür ki, onların edə biləcəyi ən çox şey HƏMAS-ın hərbi imkanlarını ciddi şəkildə zəiflətməkdir".
Ekspertin fikrincə, bu, zamanla yarış deməkdir. Onun sözlərinə görə, İsrailin artan beynəlxalq hiddətə səbəb olmadan nə qədər müharibə apara biləcəyi bəlli deyil. Bilal Y. Saabln fikrincə, İsrailin HƏMAS-ın inzibati zirvəsini məhv etmək niyyəti nəzərəçarpacaq nəticə verməyəcək, çünki belə təşkilatlar komandirləri asanlıqla əvəz edir.
İsrail Demokratiya İnstitutunun rəhbəri və Knessetin Kadima Partiyasından keçmiş üzvü Yohanan Plesner qeyd edir ki, HƏMAS əsirliyində qalan israilli girovların ailələri baş nazir Benyamin Netanyahuya güclü siyasi təzyiq göstərirlər. İsrail baş nazirinin ölkədəki reytinqi Qəzza zolağında müharibə başlayandan bəri xeyli aşağı düşüb.
İsrail və Fələstinin HƏMAS hərəkatı arasında müharibə 7 oktyabr 2023-cü ildə başlayıb. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Fələstin hərəkatı tamamilə məhv edilənə qədər müharibə davam edəcək. Qəzza zolağında gedən döyüşlər nəticəsində 22,2 min nəfər həlak olub. 100-dən çox insan HƏMAS hərəkatının girovu olaraq qalır.
Samir