Ana və uşaqları bezdirən göy öskürək niyə artır?

ÖLKƏ
13:23 / 07.01.2024
541

Son zamanlar uşaqlar arasında göy öskürək geniş yayılıb. Həkimlərin dediyinə görə, xüsusilə peyvənd etdirməyən uşaqlar arasında bu xəstəliyə daha çox rast gəlinir.

Pediatr Mətanət Əliyeva Hit.az-a şərhində bildirib ki, müəyyən üsullarla adi öskürəklə, allergik öskürəyi ayırd etmək olar: 

“Öskürək orqanizmə düşən hər hansı mikrob, virus, bakteriya, yad cismə qarşı müdafiə reaksiyasıdır. 
Allergik öskürək gecə tutmalarına, hər hansı qidadan sonra olmasına görə olur, ani başlayır. Valideyn bu öskürəyin nədən sonra baş verməsinə diqqət etməlidir”.

Pediatr onu da əlavə edib ki, göy öskürəyin artma səbəbi məhz peyvəndsiz qalmadır. Göy öskürək iki həftə ərzində adi öskürək kimi başlayır: 

"Daha sonra müalicəyə tabe olmur. Uşağın öskürəyi artıq əzabverici öskürəyə çevrilir, boğulma şəklində olur, müddəti uzanır. Sonda hətta öyümə, qusma ilə nəticələnə bilər. Göy öskürəyin müalicəsi yoxdur, onu sadəcə yüngülləşdirə bilirik. Göy öskürək yoluxucudur, hava-damcı yolu ilə yoluxur. Altı aylığına qədər uşaqlar göy öskürəyə yoluxarsa, ölümlə nəticələnə bilər”.

Sevinc

0