Mübariz Qurbanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

ÖLKƏ
14:22 / 07.01.2024
259

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qəhrəman oğlu Qurbanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, bu gün M.Qurbanlının 70 yaşı tamam olur.

 

0