Daha bir tələbə dəm qazından öldü

ÖLKƏ
18:51 / 07.01.2024
281

Şabranda tələbə dəm qazından boğulub.

HİT.az xəbər verir ki, Mingəçevir Turizm Kollecinin "Turizm işinin təşkili" ixtisasının qiyabi təhsil üzrə l kurs tələbəsi, 2002-ci il təvəllüdlü İsayev Nihad Şahin oğlu yaşadığı evdə qazdan zəhərlənib.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2 gün əvvəl BDU-nun tələbəsi də dəm qazından vəfat etmişdi.

0