Kral Qəzza münaqişəsinin nəticələri barədə xəbərdarlıq etdi

DÜNYA
16:32 / 07.01.2024
588

İordaniya kralı II Abdullah bin Hüseyn Qəzza zolağında münaqişənin fəlakətli nəticələri barədə ABŞ-ın dövlət katibi Entoni Blinkenə məlumat verib. 

HİT.az xəbər verir ki, bu barədə İordaniya Kral Sarayının saytında məlumat verilib.

"Əlahəzrət Kral II Abdullah bazar günü ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşündə Qəzzaya qarşı davam edən təcavüzün fəlakətli nəticələri barədə xəbərdarlıq edərək, anklavdakı faciəvi humanitar böhrana son qoyulmasının vacibliyini vurğuladı", deyə Kral Sarayından bildirilib.

Kral həmçinin Qəzzada dərhal atəşkəsin əldə olunmasında, mülki əhalinin qorunmasında və Qəzza zolağına təcili humanitar və tibbi yardımın çatdırılmasında Birləşmiş Ştatların rolunun vacibliyini təsdiqləyib.

Samir

0