Taksi şirkətlərinin növbəti FIRILDAĞI

İQTİSADİYYAT
17:46 / 07.01.2024
439

Son zamanlarda taksi şirkətləri yeni fırıldağa əl atıblar.

Belə ki, tətbiq vasitəsilə hansısa qiymətə taksi sifariş verirsiniz, lakin taksi sizə yaxınlaşana qədər və ya siz yolda olarkən qiymət artır. 

Burada taksinin müştərini gözləməsindən söhbət getmir. Məsələn, 2 manat 50 qəpiyə taksi sifariş verirsiniz, taksinin sizə yaxınlaşmasına az qalmış artıq qiymətin 3 manat 20 qəpik olduğunu görürsünüz. Əlbəttə ki, bu, sərnişinlərin haqlarının kobud şəkildə pozulmasıdır. Çünki sərnişin qiymətə uyğun olaraq sifariş verir, amma o, xidmətdən istifadə etmədən qiymət dəyişir. Üstəlik, bir çox hallarda sərnişinlər həmin pulu ödəmək məcburiyyətində qalırlar. Halbuki, sifariş qiyməti o deyildi. Bəzi hallarda isə ya sərnişin öncədən qiymətin qalxdığını görərək sifarişi ləğv edir, ya da sürücü ilə mübahisə edir. Təbii ki, bunlarda boş yerə vaxt itkisi və əsəbdir.

Əslində, sərnişin taksi sifariş verdikdən sonra qiymətdə hər hansısa dəyişiklik baş verə bilməz. Bu, sadəcə taksinin onu gözlədiyi məqamda baş verə bilər. Amma biz görürük ki, taksi gəlmədən yolda olarkən qiymət qalxır. 

Hansı səbəbə? Nə üçün?
Təəssüf ki, bu sualların cavabı yoxdur... Məlum taksi şirkətləri bu yolla insanları aldadaraq daha çox qazanc götürməyə əl atırlar. Görünür belə addımlar atmağa qətiyyən ehtiyac olmadığını hələ də anlamırlar. Çünki onsuz da taksidən istifadə edən hər sərnişinlərin yarısından çoxu orada yazılandan daha artıq pul verirlər. 

Yəni sərnişin onsuz da sürücüyə artıqlaması ilə ödəniş edir və qəpiyi geri almır. Bu məqamda iki ehtimal ortaya çıxır: Sözügedən xarici taksi şirkətləri ya sərnişini aldadaraq ondan daha çox pul qoparmağa çalışır, ya da sürücüyə çatan qəpiklərə də göz dikir... Kifayət qədər yüksək qazanc əldə edən sözügedən taksi şirkətlərinin belə yollara əl atması isə xeyli təəccüblə qarşılanır. Deyəcək söz tapmırıq...

Pərviz

0