Almaniya KİV-i: "Bu il Ukrayna ərazilərini itirə bilər"

DÜNYA
16:02 / 08.01.2024
283

Ukrayna Qərb dövlətlərinin yardımının azalması səbəbindən 2024-cü ildə ərazilərini itirə bilər. 

HİT.az xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti yazıb.

"Bu il Kiyev daha çox təzyiq altında olacaq, ehtimal ki, hücuma keçə bilməyəcək və daha çox müdafiə mövqeyi tutacaq. Ola bilsin ki, Ukrayna hətta ərazisini də itirsin", deyə məqalədə qeyd edilir.

Yanvarın 8-də “The Wall Street Journal” yazıb ki, Ukrayna Silahlı Qüvvələri mərmi çatışmazlığını FPV pilotsuz uçan aparatlarından istifadə etməklə kompensasiya etməyə çalışır.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Avropa İttifaqı maliyyə yardımı göstərməyəcəyi təqdirdə Kiyevin ehtiyat planı yoxdur.

ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter isə bəyan edib ki, Ukrayna qeyd-şərtsiz təslim olacaq və Volodimir Zelenski hakimiyyətdən gedəcək.

Samir

0