KİV: Ankara-Vaşinqton münasibətləri dalana dirənib

DÜNYA
14:48 / 08.01.2024
322

Ankara İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün "ayaqlarını sürüklədiyi" bir vaxtda Türkiyə ilə ABŞ arasında münasibətlər dalana dirənib. 

HİT.az xəbər verir ki, bu barədə Türkiyənin T24 qəzeti məlumat yayıb.

“Türkiyənin İsveçin NATO-ya üzvlüyü məsələsini ləngitməsi ABŞ-Türkiyə münasibətlərini praktiki olaraq dalana dirəyib", deyə nəşr yazır.

Qəzet qeyd edir ki, 2023-cü ilin yayında NATO sammitindən sonra Birləşmiş Ştatlar Türkiyənin İsveçin Alyansa üzvlüyünü təsdiqləməklə bağlı vədlərini yerinə yetirməməsindən şikayət edib.

İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlüyü ilə bağlı ərizəsini Türkiyə və Macarıstan hələlik təsdiq etməyib. Yanvarın 5-də ABŞ-ın dövlət katibi Entoni Blinken İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Tobias Billström ilə telefon danışığı aparıb və o, Vaşinqtonun İsveçin NATO-ya qəbulu ilə bağlı sənədlərin təcili ratifikasiyasına dəstəyini təsdiqləyib. Həmçinin Blinken Türkiyə səfəri zamanı bu məsələni müzakirə edib.

Samir

0