Belarus ATƏT müşahidəçilərini parlament seçkilərinə çağırmaqdan imtina etdi

DÜNYA
16:21 / 08.01.2024
563

Belarus fevralda keçiriləcək parlament seçkilərinə ATƏT-dən müşahidəçiləri dəvət etməyəcək. 

HİT.az "Sputnik Belarus"a istinadən xəbər verir ki, bu barədə respublikanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Andrey Dapkiunas danışıb.

Daimi nümayəndə qeyd edib ki, o, artıq bu qərarla bağlı Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) direktoru Matteo Mecaccini xəbərdar edib.

"Belarus ATƏT missiyasını fevralın 25-də keçiriləcək parlament seçkilərinə dəvət etməkdən çəkinəcək", deyə Dapkiunas bildirib.

Bundan əvvəl bildirilirdi ki, Belarus Daxili İşlər Nazirliyi ölkədə seçkilər zamanı təxribatların qarşısını almaq vəzifəsini qoyub.

2023-cü ilin noyabrında Belarus prezidenti Aleksandr Lukaşenko parlamentin aşağı palatasına və yerli deputatlar şuralarına seçkilərin eyni səsvermə günü - 2024-cü il fevralın 25-də, parlamentin yuxarı palatası üçün isə aprelin 4-də keçirilməsini nəzərdə tutan fərmanlar imzalayıb.

Samir

 

0