İsveçdə hərbi rəhbərlik vətəndaşları müharibəyə hazırlaşmağa çağırdı

DÜNYA
19:47 / 08.01.2024
407

İsveçin mülki müdafiə naziri Karl-Oskar Bulin İsveçdə mümkün müharibə təhlükəsi elan edib və həmvətənlərini hərbi əməliyyatlara hazır olmağa çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə TV4 məlumat yayıb.

"İsveçdə müharibə ola bilər və bütün isveçlilər ölkənin sabitliyini gücləndirmək üçün hərəkətə keçməlidir", deyə Bulin bildirib.

O əlavə edib ki, vəziyyət təcilidir və mülki müdafiənin yenidən silahlanmasının kifayət qədər sürətlə getməməsindən narahatlığını ifadə edib.

Öz növbəsində, ölkə silahlı qüvvələrinin ali baş komandanı Mikael Buden vəziyyətin çox ciddiləşdiyini qeyd edib.

"İndi biz söz və anlayışdan hərəkətə keçmək haqqında danışırıq", deyə komandan bildirib.

Bir gün əvvəl İsveç Təhlükəsizlik Polisi elan etmişdi ki, ölkədə terror təhlükəsi səviyyəsi əvvəlki səviyyədə qalmaqda davam edir. 

Samir

0