Gürcüstan prezidenti: "Rusiyanı həmişə düşmən hesab etmişəm"

DÜNYA
19:57 / 09.01.2024
354

Gürcüstan prezidenti Salome Zurabişvili deyib ki, onun əcdadları və özü də həmişə Tiflisin Rusiyada düşmən kimi göründüyünü hiss edib.

HİT.az bu barədə "Georgia Online" nəşrinə istinadən xəbər verir.

"əlkə də bəzi insanlar bunu dərk etmir, bəziləri bunu başa düşmək istəmir, bəziləri isə bununla razılaşır. Amma bu faktdır... Bu faktı hər şeydə görmək olar", deyə Zurabişvili bildirib.

Onun sözlərinə görə, Gürcüstanın müstəqilliyinin bəzi dövrlərində kimsə hesab edə bilərdi ki, Rusiya tərəfindən fərqli münasibət var, lakin bu gün bu mümkün deyil.

"Amma bu gün bu yoxdur. Rusiyanın şüurunun və ya qonşuları ilə bərabərhüquqlu münasibətlər qurmaq istəyinin olduğunu göstərən bir əlamət yoxdur", deyə Zurabişvili əlavə edib.

Samir

0