İsrail HƏMAS-la girov danışıqlarını bərpa etmək istəyir

DÜNYA
14:49 / 09.01.2024
304

İsrailin yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti Fələstinin HƏMAS hərəkatının nümayəndələrilə girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etmək üçün Qahirəyə gəlib. 

HİT.az xəbər verir ki, bu barədə ərəb mənbələrinə istinadən "Əl-Ərəbi Əl-Cədid" qəzeti məlumat yayıb.

"Yüksək rütbəli İsrail təhlükəsizlik heyəti Qəzza zolağında müqavimət qrupları tərəfindən saxlanılan israilli məhbusların azad edilməsinə dair danışıqları bərpa etmək üçün Qahirəyə gəlib", deyə qəzetin mənbələri bildirib.

Qeyd olunur ki, Qahirə Fələstin hərəkatının İdarə Heyətinin üzvü Saleh əl-Arurinin öldürülməsindən sonra İsrail-HƏMAS arasında girov danışıqlarında vasitəçiliyini dayandırıb.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrailə səfəri zamanı bildirmişdi ki, İDF Qəzza zolağında hərbi əməliyyatların intensivliyini azaltmalı və oraya yardım çatdırmaq imkanlarını genişləndirməlidir.

Samir

0