Qərb ukraynalıları məyus edib - Amerikalı general-leytenant

DÜNYA
20:37 / 09.01.2024
418

ABŞ ordusunun Avropadakı keçmiş komandanı, istefada olan general-leytenant Ben Hodces deyib ki, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu lazımi imkanlarla təmin etmək üçün vaxtında qərarlar qəbul edə və Kiyevi dəstəkləyə bilməyiblər. 

HİT.az bu barədə LRT-yə istinadən xəbər verir.

Onun sözlərinə görə, əks-hücum zamanı əməliyyatlar hamımının istədiyi nəticəni verməyib.

"Həqiqətən, biz uğursuz olduq, Qərb vaxtında qərarlar qəbul edə və Ukraynanı vaxtında lazımi imkanlarla təmin edə bilmədi, ona görə də rusların müdafiəni hazırlamaq üçün əlavə ayları oldu. Düşünürəm ki, biz ukraynalıları məyus etdik. Ukraynalılar səhv etdilər, amma bizi əsla məyus edən onlar deyil, biz idik", deyə Hodces bildirib.

Bundan əvvəl o, Ukrayna üçün kabus ssenarisinin reallığa çevrildiyini bildirib:

"Ukraynada sursat demək olar ki, tükənib, Avropa və ABŞ silah-sursat istehsalını artırmaq istəmir".

Samir

0