Brüssel Ukraynaya yardımla bağlı bu ölkələrə təzyiqi artıracaq

DÜNYA
15:35 / 09.01.2024
402

Brüssel 2024-cü ildə Ukraynaya hərbi yardımı davam etdirmək üçün Fransa, İtaliya və İspaniyaya təzyiqlərini artıracaq. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazır.

Almaniya kansleri Olaf Şolts daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı ölkələri 2024-cü il üçün yeni büdcəni qəbul edərkən, alman tərəfinin artıq etdiyi kimi, Ukraynaya hərbi yardım üçün xərcləri artırmalıdır. Siyasətçi xatırladıb ki, Almaniyanın hazırkı büdcə layihəsində Kiyevə hərbi dəstək üçün 8 milyard avro nəzərdə tutulub.

"Politico" qeyd edib ki, Şolts heç bir ölkənin adını çəkməsə də, Brüsselin yardım siyahısı hazırlamaq planı layiqli iqtisadiyyatlarına baxmayaraq, Kiyevə az hərbi yardım göstərən Paris, Roma və Madridə təzyiq göstərəcək.

Dekabrın ortalarında Almaniya kansleri bildirib ki, Avropa və onun müttəfiqləri Moskva və Kiyevə lazım olduğu qədər Ukraynanı dəstəkləməyə hazır olduqları barədə siqnal göndərməlidirlər.

Samir

0