Dünyanın ən populyar avtomobil markalarından olan "Skoda" yeni uğura nail olub.
Hit.az xəbər verir ki, şirkət Türkiyədə satış rekordu qırıb.
Belə ki, sözügedən marka 2023-cü ildə qardaş ölkədə 35 min 41 ədəd avtomobil satıb. Hətta sadəcə dekabr ayı ərzində 4 min 484 avtomobil satışı həyata keçirilib. Bu da ötən ilin ən yüksək satış göstərici olub.
Ümumiyyətlə, "Skoda"nın Türkiyədə 2023-cü ildəki satışı 2022-ci illə müqayisədə 80% artıb.
Ən çox satılan "Skoda" modeli isə 7 min 507 ədədlə "Superb" olub. İkinci sırada da 6 min 813 ədədlə "Octavia" modeli gəlib.
Pərviz