Vüqar Qurbanovdan yeni təyinat

ÖLKƏ
14:27 / 10.01.2024
226

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına direktor əvəzi təyin edib. 

Qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə bu vəzifəyə Manafova Sənubər Ağamehdi qızı gətirilib. 

O, bundan əvvəl direktorun Terapevtik xidmətlər üzrə müavini vəzifəsində çalışıb. 

Qeyd edək ki, ötən ay Elnur Azadxanov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub və Sumqayıt Tibb Mərkəzinə direktoru təyin edilib. 

0