Estoniya prezidenti Alar Karis bildirib ki, bu məsələ ilə bağlı əhval-ruhiyyəni öyrənmək üçün Qərbdə Rusiya və Ukrayna arasında münaqişədə atəşkəs mövzusu gündəmə gətirilir.
HİT.az “European Pravda”ya istinadən xəbər verir ki, Estoniya lideri bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib.
"Rəsmi deyil, kənarda keçirilən qeyri-rəsmi görüşlərdə əhval-ruhiyyəni öyrənmək üçün atəşkəs mövzusu qaldırılır", Alar Karis bildirib.
Onun sözlərinə görə, Qərb müttəfiqləri birləşdikcə, Ukraynaya təzyiqlər uğur qazana bilməyəcək.
"Nəzərə almaq lazımdır ki, buna cəhd edən qruplar var. Bəzi ölkələrin bu birliyi məhv etməsinə icazə vermək olmaz", deyə Alar Karis əlavə edib.
Qeyd edək ki, Volodimir Zelenski Estoniyanın paytaxtı Tallinə səfər edib. Estoniya mediası qeyd edib ki, Zelenski çərşənbə günü axşam saatlarında Vilnüsdən Tallinə uçub, lakin onun gəlişi cümə axşamı səhər elan edilib.
Estoniya prezidenti Alar Karisin mətbuat xidmətinin məlumatına görə, Zelenski ölkə rəsmiləri, o cümlədən parlamentin spikeri Lauri Hussar və baş nazir Kaya Kallas ilə görüşüb.
Aydın