Bayden husilərə zərbə endirməklə konstitusiyanı pozub?

DÜNYA
11:46 / 12.01.2024
455

ABŞ və müttəfiqlərinin Yəmənə zərbələr endirməsi Amerika Konstitusiyasının pozulmasıdır və bu cür hərəkətlərin ABŞ Konqresi ilə koordinasiya edilməsinin zəruriliyini bəyan edir. 

HİT.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin aşağı palatasının üzvü, Vaşinqton ştatından olan demokrat Pramila Kayapal deyib. 

"Bu, qəbuledilməz Konstitusiya pozuntusudur. Konstitusiyanın 1-ci maddəsi hərbi əməliyyatlara Konqres tərəfindən icazə verilməsini tələb edir", deyə qanunverici qeyd edib.

Qeyd edək ki, yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə zərbələr endirib. Yəmənin paytaxtı Səna şəhəri raket hücumuna məruz qalıb - orada 4 partlayış səsi eşidilib. Yəmənin husilərin nəzarətində olan digər şəhərlərində də partlayışlar baş verib.

ABŞ hökuməti sözçünün sözlərinə görə, zərbələrdən sonra hədəflərə uğurla nail olunub. ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat verib ki, Hərbi Hava Qüvvələri husilərin 16 obyektinə 60-dan çox hədəfə zərbə endirib.

"Ənsar Allah" (husilər) hökumətindəki xarici işlər nazirinin müavini Hüseyn əl-Ezzi ABŞ və Böyük Britaniyanı raket hücumuna görə qisas alacaqları ilə hədələyib.

Samir

0