İordaniyanın xarici işlər naziri Ayman Safadi deyib ki, İsrail Yaxın Şərqi regionun təhlükəsizliyini və sabitliyini təhdid edən regional müharibə ocağına sürükləyir.
HİT.az xəbər verir ki, bu barədə “Times of Israel” Safadiyə istinadən məlumat yayıb.
“İordaniyanın xarici işlər naziri bildirib ki, İsrail Yaxın Şərqi regional müharibə riski ilə üz-üzə qoyur", deyə nəşr yazır.
Nəşrin məlumatına görə, Safadi həmçinin beynəlxalq ictimaiyyəti Qəzzadakı müharibə şəraitində məsuliyyəti öz üzərinə götürməyə və İsrailin təcavüzü və təkəbbürünü dayandırmağ çağırıb.
Bundan əvvəl Qəzza zolağının media ilə əlaqələr ofisi İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 400-ə yaxın məscidin tamamilə və ya qismən dağıdıldığını bildirmişdi.
Departament qeyd edib ki, min ildən çox əvvəl tikilmiş memarlıq strukturları İsrailin atəşi nəticəsində zədələnib. Bu hərəkətlər beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilir. Qəzza beynəlxalq ictimaiyyəti vəziyyətə təcili müdaxilə etməyə çağırıb.
Samir