Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ABŞ və Böyük Britaniyanın Yəməndəki husi hədəflərinə zərbələrini müdafiə xarakterli hesab edir.
HİT.az bu barədə “Frans Press” agentliyinə istinadən xəbər verir.
"NATO bildirir ki, ABŞ-ın husilərə qarşı zərbələri müdafiə xarakteri daşıyır", deyə məlumatda bildirilir.
Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməndə Husi Ənsar Allah hərəkatının 16 hədəfinə 60-dan çox hədəfə hücum edib. Bir neçə böyük şəhərdə partlayışlar baş verib və Səna hava limanı kütləvi bombardmanlara məruz qalıb. Amerika ordusu "Tomahawk" qanadlı raketləri ilə, ingilislər isə "Paveway IV" idarə olunan bombaları ilə hücumlar etdiyini bildirib.
ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunak əməliyyatı husilərin Qırmızı dənizdə gəmilərə hücumlarına cavab adlandırıblar. Yəmən tərəddüd etmədən cavab verəcəyini vəd edib.
Samir